Ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilir

2020-04-03 18:00

Aprelin 5-i saat 00:00-dan 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilir. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə ödənişsiz olan 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə 2 saat müddətinə gündə 1 dəfə verilir; 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulan məsuliyyətə səbəb olacaq.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik