Ölkədə birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb
2020-04-27 10:03
Pandemiya ilə əlaqədar ölkədə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur. Əmək və Əhalinin sosial müdafiə nazirliyindən verilən məlumata görə, ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.
Fərid Mehdiyev