Ölkədə baş verən yol qəzalarında bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb

Salyanda “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Nəcəfovun idarə etdiyi avtomobildə olan 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən Müşfiq Mikayılov həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Naxçıvanda isə “Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobil toqquşub. Qəza nəticəsində beş nəfər — Aysel Zeynalova, Gülyanaq Hacıyeva, Zənibə Seyidova, Sadiq Həsənzadə və Ülvi Quliyev xəsarət alıblar. Bundan başqa, Naxçıvanda “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Zeynalzadəni vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Bakıda Əkbər Novruzovun idarə etdiyi avtomobil Emil İsgəndərovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə hərəkət edən, 1981-ci il təvəllüdlü Elzanə Əliyevaya çırpılıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktlarla bağlı araşdırma aparılır.

19 oktyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik