Canlı
Ölkədə əhalinin sayı 10 milyona yaxınlaşır

2018-09-12 / 16:14

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 141 nəfər artaraq 2018-ci il avqustun 1-i vəziyyətinə 9 943 226 nəfərə çatıb. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 78 673 yeni doğulmuş körpə qeydə alınıb. 1 458 əkiz, 57 üçəm dünyaya gəlib. Yeni doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.

Ruhəngiz Hacızadə