Ölkə ərazisində narkotik dövriyyəsinə qarşı əməliyyatlar keçirilib
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin paytaxtda, Gəncədə, Abşeron, Qobustan və Salyan rayonlarında keçirdiyi əməliyyatlar nəticəsində Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8 min 70 ədəd narkotik tərkibli həb aşkarlanıb.Araşdırma zamanı onların xaricdə yaşayan narkotacirlərin tapşırığı ilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
18 noyabr 2026

