Salyanda "Hyundai" markalı avtomobil digər avtomobillə toqquşub.2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025, 2026 təvəllüdlü oğlu və qızı xəsarət alıb.Cəlilabadda ötmə manevrini düzgün yerinə yetirə bilməyən "Toyota Prius" markalı minik avtomobili "VAZ-21099" markalı maşına çırpılıb. Daha sonra zərbənin təsirindən idarəetməni itirən avtomobil qarşı tərəfdən gələn "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.Hadisə nəticəsində 3 nəfər - 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü oğlan uşağı və Kənan Diniyev xəsarət alıb.Sabirabadda hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və 2019-cu il təvəllüdlü övladları xəsarət alıblar.Faktlarla bağlı araşdırma aparılır.
21 sentyabr 2026

