Ölkə ərazisində ağır yol qəzaları baş verib
Samuxun Burunqovaq kəndinin yaxınlığında hərəkətdə olan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Nəzərov Vüsal Zabil oğlunun idarə etdiyi "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.Axtarış-xilasetmə tədbirləri ilə hərbi qulluqçunun nəşi aşkar edilib.Qəza zamanı Füzuli rayon sakini 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov xəsarət alıb. Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində ödənişli avtomobil yolunda "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.Hadisə nəticəsində Şəmkir sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və daha bir sərnişin xəsarət alıb.Faktlarla bağlı araşdırma aparılır.
02 iyul 2026

