Salyanda "Ford Transit" markalı sərnişindaşıyan mikroavtobus "Mersedes" markalı avtomobillə toqquşub.Qəza nəticəsində Neftçala rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Etibar Ağamməd oğlu, Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Veysəlova Xoşqədəm Əli qızı, 2006 təvəllüdlü Veysəlova Gülşən Tehran qızı, 1992 təvəllüdlü Bağırov Əlihüseyn Qədəmşah oğlu və 1995-ci il təvəllüdlü Əkbərov Adil Fəxrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.Qaxda "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək maşını 20 metr dərinlikdə olan dərəyə aşırıb.Hadisə zamanı 1 nəfər xəsarət alıb. Avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır.Kürdəmirdə Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi “Kamaz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücü xəsarət alıb.Faktlar araşdırılır.
25 iyun 2026

