Ölkə ərazisində ağır yol qəzaları baş verib
Gəncə -Bakı avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində sərnişin daşıyan "Hyundai" markalı avtobus "Range Rover" markalı maşına arxadan çırpılıb.Nəticədə 1989- cu il təvəllüdlü Əli Süleymanov, 2 yaşlı oğlan və 7 yaşlı qız uşağı, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, 2006 təvəllüdlü Alim Məmmədov, 1996 təvəlüddlü Elnurə Həsənova, 1995-ci il təvəllüdlü Samirə Məmmədova və 2000-ci il təvəllüdlü Asəf Mehdiyev xəsarət alıb.Yaralılardan dördü bir ailənin üzvüdür.Zaqatalada isə Osmanov Əli Osman oğlu idarə etdiyi "Ford Tranzit" markalı avtomobilini aşırıb. Nəticədə aldığı xəsarətlərdən sürücü ölüb.Faktla bağlı istintaq aparılır.
16 iyun 2026

