Ölkə ərazisində ağır yol qəzaları baş verib
Tovuzda hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü R.Həsənova və 1996-cı il təvəllüdlü J.Həsənovanı vurub.Hər iki piyada xəstəxanaya yerləşdirilib. Xaçmazın Mehrəliqışlaq kəndində "VAZ-2106" markalı minik avtomobili yolu keçmək istəyən 1957-cı il təvəllüdlü İsmayılov Zakir Məlikməmməd oğlunu vurub.Piyada hadisə yerində ölüb.Naxçıvanın Babək rayonunda iki minik maşını toqquşub.Qəza nəticəsində 1982-ci il təvəllüdlü Mehman Qənbər oğlu Qənbərov, 1988-ci il təvəllüdlü Anar Asəf oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Əsəd oğlu Şirinov, 1991-ci il təvəllüdlü Nərmin İsmayıl qızı Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Hidayət qızı Qənbərova xəsarət alıblar.Faktlarla bağlı araşdırma aparılır.
27 noyabr 2026

