Ölkə ərazisində ağır yol qəzaları baş verib
Bakıda Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi minik avtomobillə eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi yük avtomobilinin yarımqoşqusuna dəyib.Sürücü xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Tovuzun Xatınlı kəndində hərəkətdə olan iki minik avtomobili toqquşub.Qəza nəticəsində 1985-ci il təvəllüdlü L.Əhmədova, 1998-ci il təvəllüdlü D.Nəsirov və 1979-cu il təvəllüdlü X.Əhmədov xəsarət alıblar, vəziyyətlərinin orta ağır olduğu bildirilir.İlkin məlumata görə, qəzaya düşən şəxslər yas mərasiminə gedirmişlər.Faktlarla bağlı araşdırma aparılır.
30 oktyabr 2026

