Ölkə ərazisində ağır yol qəzaları baş verib

Ağdamın Sarıcalı kəndində 1982-ci il təvəllüdlü Elmin Muradovun idarə etdiyi "Lada Granta" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Elmin Muradov və onun 14 yaşlı övladı xəsarət alıb.Onlar işğaldan azad edilmiş ərazilərdən gəzməkdən gələrkən qəzaya düşüblər.Şəmkirin Dəllər Cəyir kəndində 1956-cı il təvəllüdlü Fərrux Şirinovu "VAZ 2106" markalı avtomobil vuraraq öldürüb. Sabirabadda "Mercedes Vito" markalı mikroavtobus, “VAZ 2109”, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1978-ci il təvəllüdlü Qurbanov İbrahim ölüb, 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət xəsarət alıb.Bakının Zığ qəsəbəsində iki qəza baş verib. Göyçayev Orxan idarə etdiyi avtomobillə piyada Əzizova Yekaterina Serafimovnanı, qadın sürücü isə yolu keçmək istəyən "BakuBus"un sürücüsü, 1964-cü il təvəllüdlü İlqar Dəmir oğlu Əliyevi vuraraq ödürüb.Faktlarla bağlı araşdırma aparılır.

12 may 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik