Ölkə ərazisinə 73 kq narkotikin gətirilməsinin qarşısı alınıb
2020-02-08 16:08
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlının Abbasalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolaqda 4 nəfər şəxsin hərəkəti müşahidə olunub. “Dayan” komandası verilsə də, sərhəd pozucuları qaçıblar. Ərazidən 73 kiloqram olan narkotik vasitə və psixotrop preparatlara oxşar maddələr aşkar olunaraq götürülüb. Sərhəd pozucuları olan Yardımlı sakinləri Heydərli Orxan Nizami oğlu, Sultanov Eldəniz Arzuman oğlu, Sultanov Orxan Ənvər oğlu saxlanılıb. Digər şəxsin axtarışı davam edir.
Vüsalə Camal