Ölkə üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb
Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, kameralar səsvermə protokolları hazırlanana qədər bütün prosesi qeydə alır. Seçkinin əsas mərkəzində seçici dayanır. Ona görə heç kim onların hüquqlarına zidd hansısa addım ata bilməz.
Vüsalə Cənnətova