Ölkə çempionatı və kubokunun təqvimi açıqlandı
2020-06-01 14:08
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun təqvimini açıqlayıb. Çempionatın qalan 8 turuna iyunun 21-də start veriləcək və iyulun 29-da yekun vurulacaq. Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları 13 iyulda olacaq. Avqustun 2-də isə final matçı keçiriləcəck.
Nərgiz Camal