Ödənişli avtomagistrallarda maksimum sürət həddi təsdiqlənib
Prezident İlham Əliyev ödənişli avtomagistrallarda maksimum sürət həddinin saatda 130 kilometr olmasını təsdiqləyib. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik imzalanıb.Yeni qaydaya əsasən, minik avtomobilləri və çəkisi 3,5 tona qədər olan yük maşınları yaşayış məntəqələrindən kənarda yerləşən ödənişli avtomagistrallarda 130 km/saat sürətlə hərəkət edə biləcək.Digər nəqliyyat vasitələri – avtobuslar, qoşqulu minik avtomobilləri və 3,5 tondan ağır yük maşınları üçün isə maksimal sürət 90 km/saat müəyyən edilib.Qanunda həmçinin avtomagistral anlayışı dəqiqləşdirilib və mühafizə olunan duracaqlarla bağlı yeni qaydalar təsdiqlənib.
14 aprel 2026

