Ödəmə terminalını talayan qrup saxlanılıb
Binəqədidə qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar. Hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər - 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev