Çox ciddi problemlə üz-üzəyik, 2 min müəllim kvadratın perimetrini hesablaya bilmir
"Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir". Bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. "Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”, - deyə o, sözlərinə əlavə edib.