ÇL-da həftənin ən yaxşı futbolçusu adına namizədlər bilinib
2021-03-18 10:08
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bilinib. Bu ad uğrunda "Mançester Siti"dən Kevin De Bröyne, "Real Madrid"dən Luka Modriç,"Bavariya"dan Coşua Kimmix və "Çelsi"li N Qolo Kante mübarizə aparacaqlar. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.
Fərid Mehdiyev