ÇL-da futbol bayramı bu gecə keçiriləcək iki oyunla davam edəcək
2021-03-09 12:09
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Real Madrid evdə PSJ-dən Fransada aldığı 1:0-lıq məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Gecənin digər dueli Manchester City və Sportinq arasında baş tutacaq. İlk görüşdə şəhərlilər səfərdə rəqibini 5:0 hesabı ilə məğlub etmişdi.
Nərgiz camal