Çinin rəsmi nümayəndəsi: Çin İrana hərbi dəstək göstərmir, bütün ittihamlar uydurmadır
Çin İrana hərbi dəstək göstərməsi ilə bağlı iddiaları təkzib edib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan açıqlama verib. O bildirib ki, bu iddialar əsassızdır və mediada yayılan məlumatlar uydurmadır. Rəsmi Pekin eyni zamanda xəbərdarlıq edib ki, ABŞ bu ittihamlar əsasında tarifləri artırarsa, Çin əks tədbirlərlə cavab verəcək.
15 aprel 2026

