Çindəki virusla bağlı Azərbaycanda turizm şirkətlərinə müraciət edilib
2020-01-15 10:00
Çinin Uxan şəhərində Korona virusunun yeni tipinin müşahidə edilməsi ilə əlaqədar Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdəki turizm şirkətlərinə müraciət edilib. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, turizm şirkətlərinə Uxan şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib. Qeyd edək ki, Korona virusunun yeni növünə yoluxan 41 nəfərdən ikisi artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti isə stabildir.
Fərid Mehdiyev