Çində zavodda partlayış nəticəsində ölənlərin sayı çoxalıb
Çinin Hunan əyalətində fişəng istehsalı ilə məşğul olan “Huasheng” müəssisəsinin sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə yüksəlib.Hadisə nəticəsində 51 nəfər yaralanıb, 1 nəfər isə itkin düşmüş hesab olunur. Hadisə yerində axtarış-xilasetmə işləri əsasən başa çatdırılıb.Partlayış bazar ertəsi baş verib və ilkin məlumatlara görə, fişəng istehsalı zamanı qeydə alınıb.
08 may 2026

