Çində koronavirusun nə zaman dəf olunacağı tarix açıqlanıb
2020-02-21 18:03
"Çin hökuməti bu il mart ayının sonunadək ölkə ərazisində koronavirusu dəf edəcək". Bu barədə ölkənin Rusiyadakı səfiri Janq Hanhui deyib. "Bu virusa tam qələbə çala bilərik. Həm də Hubey əyalətində, başqa bölgələrdə elə bu ay qalib gələ bilərik. Epidemiya ocağında isə ola bilsin, gələn ay ərzində virusu tamamilə məhv edəcəyik” deyə səfir vurğulayıb.
Fərid Mehdiyev