Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb
2020-01-27 10:04
Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı 2,4 min nəfəri ötüb. Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntzian vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xarici qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib.
Fərid Mehdiyev