Çində koronavirusa yoluxma halları azalıb
2020-03-03 12:02
Çində Covid-19 koronavirusuna yoluxma hallarında azalma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən gün Çində 206 yoluxma halı qeydə alınıb ki, bu da yanvarın 22-dən bəri ən aşağı göstəricidir. Çindən kənarda virus 61 ölkədə qeydə alınıb. Son məlumatlara əsasən, virusa 8739 nəfər yoluxub, onlardan 127 nəfəri həyatını itirib.
Vəfa Şairova