Çində koronavirus artıq bütün ölkəni bürüyüb, yoluxanların sayı 7700-ü keçib
2020-01-30 10:04
Çində koronavirus pnevmoniyasından ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib. Artıq Tibet bölgəsində də ilk yoluxma halı qeydə alınıb.Sutka ərzində rəsmilər daha 1737 insanın koronavirusa yoluxması, eləcə də 38 nəfərin ölməsi barədə məlumatlar əldə ediblər. Eyni zamanda 124 insan sağalaraq xəstəxananı tərk edib.
Fərid Mehdiyev