Canlı
Çində kişi 12 ildən sonra komadan ayılıb

2018-11-09 / 08:40

Çin sakini Van Şubao 12 il sürən komadan ayılıb. Məlumata görə, bütün bu illər ərzində ona yaşlı anası Vey Minyin baxıb. Tibbi xərclər ucbatından qadının təqribən 17 min dollar borcu yaranıb. Vey Minyin oğlu ayılanda onun çarpayısında olub. Van Şubao hələ danışmasa da, gülə bilir. Şubao 2006-cı ildə avtomobil qəzası nəticəsində ciddi travma alıb, həmin vaxt onun 36 yaşı var idi.

Vəfa Şairova