Çində fişəng zavodunda güclü partlayış baş verib
Çinin Hunan əyalətində fişəng zavodunda baş verən partlayışda ölənlərin sayı 21-ə çatıb, 61 nəfər isə yaralanıb. Çin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə yerində 482 nəfərlik xilasetmə qüvvəsi və 5 qrup fəaliyyət göstərir, robot və xüsusi texnikalardan istifadə olunur. Zavod ərazisindəki iki barıt anbarı hələ də yüksək risk yaradır, ətrafda təhlükəsizlik zonaları yaradılıb və sakinlər təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır, zavod sahibi saxlanılıb.
05 may 2026

