Çempionlar Turunun üçüncü mərhələsinə start veriləcək
2020-02-06 14:10
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsinə start veriləcək. "Opera Euro Rapid"də Azərbaycan şahmatçılarından Teymur Rəcəbov mübarizə aparacaq. Qrossmeyster ilk oyun günündə 5 şahmatçı ilə üz-üzə gələcək. İlk qarşılaşmalar Bakı vaxtı ilə saat 20-də başlayacaq. 3 gün ərzində keçiriləcək ilkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq. Turnirə fevralın 14-də yekun vurulacaq.
Fərid Mehdiyev