Çempionlar Turunda Rəcəbovdan qələbə, Məmmədyarovsa uduzub
2021-10-02 10:00
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin altıncı turunda Azərbaycan təmsilçisi Teymur Rəcəbov Uesli Soya 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov isə ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmada məğlub olub. Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.
Nərgiz camal