Çempionlar Liqasında növbəti iki mövsümün final matçlarının məkanı bəlli olub
2020-06-16 10:08
Çempionlar Liqasında növbəti iki mövsümün final matçlarının məkanı bəlli olub. UEFA ən nüfuzlu klub turnirinin 2020/21 və 2021/22 mövsümünün həlledici görüşlərinin şəhərini müəyyənləşdirib. Cari mövsümün 1/4 final mərhələsindən bütün oyunlarını Lissabona verən qitə futbol qurumu əvəzində növbəti mövsümün finalını İstanbula həvalə edib. 2022-ci ildəki həlledici qarşılaşma isə Sankt-Peterburqda olacaq. UEFA iyunun 17-də keçiriləcək videokonfransında bu qərarını açıqlayacaq.
Fərid Mehdiyev