Çempionlar liqasında ilk yarım finalçıların adlarına aydınlıq gələcək

2021-04-13 12:10

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları keçiriləcək. ilk oyun günündə iki qarşılaşma baş tutacaq. İngiltərənin "Çelsi" klubu koronavirus pandemiyası səbəbindən "Portu"nu İspaniyada qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi. Futbolsevərlərin maraqla gözlədiyi, "erkən final" adlandıra biləcəyimiz qarşılaşma isə Fransada gerçəkləşəcək. Almaniyada "Bavariya"nı 3:2 məğlub edən PSJ rəqibini bu dəfə doğma divarlar arasında məyus etməyə çalışacaq. Yarımfinala vəsiqə üçün "Parislilər"i heç-heçə, hətta 1:0, 2:1 kimi minimal fərqli məğlubiyyətlər də qane edir. Hər iki oyun Bakı vaxtı ilə saat 23-də start götürəcək.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik