Çempionlar Liqasında II təsnifat mərhələsi start götürüb
2020-08-26 10:09
Çempionlar Liqasında II təsnifat mərhələsi start götürüb. İlk oyun günündə iki qarşılaşma baş tutub. “Tirana” və “Srvena Zvezda” Çempionlar yolunda münasibətlərini ayırd ediblər. Albaniyadakı görüşdən qonaqlar qalib ayrılıblar - 0:1. “Beşiktaş”isə çətin Yunanıstan səfərində PAOK-la üz-üzə gəlib. Matça sürətli başlayan meydan sahibləri ilk yarım saatda vurulan 3 qol sayəsində qalibiyyətə seviniblər. Türkiyə təmsilçisinin gücü təsəlli qoluna çatıb.
Fərid Mehdiyev