Çempionlar Liqasında bu gecə iki oyun reallaşacaq
2021-02-22 14:02
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Turnirin son qalibi “Çelsi” İngiltərədə Fransanın “Lill” klubu ilə üz-üzə gələcək. Gecənin digər oyununda İtaliyanın “Yuventus” klubu İspaniyada “Vilyarreal” ilə qarşılaşacaq. Komandalar arasında cavab oyunları martın 16-də keçiriləcək.
Vüsalə camal