Çempionlar Liqasında "Beşiktaş" "Ayaks"la qarşılaşacaq
2021-09-28 10:06
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək. 4 qrupda 8 qarşılaşma keçiriləcək. "Beşiktaş" "Ayaks"ın qonağı olacaq. "Borussiya" və "Sportinq" klubları üz-üzə gələcəklər. PSJ "Mançester Siti"ni qəbul edəcək. "Leyptsiq" - "Brügge", "Milan" - "Atletiko" qarşılaşması da baş tutacaq. "Liverpul" "Portu"nun, "Şerif" "Real Madrid"in qonağı olacaq. "Şaxtyor" isə "İnter"i sınağa çəkəcək.
Nərgiz camal