Çempionlar Liqasında 4-cü tura səkkiz oyunla yekun vurulacaq
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq. A, B, C və D qruplarında 8 oyun keçiriləcək. Saat 21.45-də “Napoli” “Union”u, “Real Sosyedad” “Benfika”nı sınağa çəkəcək. Digər 6 qarşılaşma gecə 12-də start götürəcək. Türkiyə çempionu “Qalatasaray” turnirin favoritlərindən “Bavariya”nın qonağı olacaq. “Kopenhagen” “Mançester Yunayted”i qəbul edəcək. “Arsenal” evdə “Sevilya” ilə "PSV" “Lans”la üz-üzə gələcək. “Real” İspaniyada “Braqa”nı, “Zalsburq” Avstriyada “İnter”i qonaq edəcək.
Emin İsazadə