Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar. Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir. 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.
Vüsalə Cənnətova