Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib
2021-02-17 10:10
Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində iki matç keçirilib. “Barselona” öz meydanında ötən mövsümün finalçısı PSJ-ni qəbul edib. Katalonlar hesabı açsalar da, meydanı məğlub tərk ediblər - "Barsa" 1, PSJ 4. Digər görüş Macarıstanda təşkil olunub. Koronavirus səbəbindən Almaniyaya gedə bilməyən “Liverpul” Budapeştdə “Leypsiq”in qonağı olub. Bu oyunda da sevinən tərəf qonaqlar olub - 0:2. 1/8 finalın növbəti iki oyunu bu gün keçiriləcək. “Porto” “Yuventus”u, “Sevilya” Dortmund “Borussiya”sını qəbul edəcək.
Nərgiz camal