Canlı
Çempionlar Liqasının yarımfinal cütlükləri məlum olub

2018-04-13 / 16:09

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatması olub. İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir finala gedən yolda 4 komanda - "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Roma" (İtaliya)nın taleyinə aydınlıq gətirib. Yarımfinalda "Bavariya" - "Real" və "Liverpul" - "Roma" qarşılaşmasına şahidlik edəcəyik. Yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Fərid Mehdiyev