Çempionlar Liqasının pley-off mərhələlərində istifadə olunacaq top təqdim edilib
2021-12-22 18:12
UEFA Çempionlar Liqasının pley-off mərhələlərində istifadə ediləcək top təqdim olunub. Bu barədə qitə futbol qurumu məlumat yayıb. Komandalar Sankt-Peterburq şəhərində baş tutacaq final matçına kimi oyunlarını bu topla keçirəcəklər. Çempionlar Liqasında 1/8 final mərhələsinə fevralın 15-də start veriləcək. Final qarşılaşması mayın 27-də gerçəkləşəcək.
Vüsalə camal