Çempionlar Liqasının 2020/21 mövsümündə iştirak edəcək komandaların sayı 26-ya çatıb
2020-05-20 12:07
Çempionlar Liqasının 2020/21 mövsümündə iştirak edəcək komandaların sayı 26-ya çatıb. Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Uels çempionatının qalibi “Konnak” da bu siyahıya daxil olub. Britaniyalılar I təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Bu raundda qüvvəsini sınayacaq klubların sayı 18-ə çatıb. Həmin komandalar I təsnifat mərhələsindən yarışa başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridir.
Vəfa Şairova