Çempionlar Liqasının 1/8 final mərhələsinə bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq. Bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək. İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar. Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.
Vüsalə Cənnətova