"Çelsi"nin futbolçusu Nqolo Kante zədələnib
2020-01-09 14:10
"Çelsi"nin futbolçusu Nqolo Kante zədələnib. Bunu London təmsilçisinin baş məşqçisi Frank Lempard açıqlayıb. Mütəxəssis bildirib ki, yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Fransalı oyunçu bu müddətdə "Morkem"lə kubok, "Fulhem"lə çempionat matçını buraxacaq. Kante cari mövsüm Premyer Liqada 17 oyuna çıxıb.
Vüsalə Camal