Çelenc Kuboku: Azərbaycan təmsilçisi mübarizəni dayandırıb
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti oyununu keçirib. Kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olub. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib. Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə qazansa da, mübarizəni dayandırmalı olub.
Nərgiz Camalzadə