Canlı
Çeçenistanda helikopter qəzaya uğradı, ölənlər var

2018-03-07 / 16:04

Çeçenistanda "Mi-8" helikopteri qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədəki 9 nəfərdən azı 5-i ölüb. Helikopterin sərhəd xidmətinə aid olduğu güman edilir. İlkin versiyaya görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Fərid Mehdiyev