Çaylarda suyun səviyyəsi azalıb
Noyabrın 23-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 150-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-140 faizini təşkil edib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 165 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Bu məntəqədə su sərfi saniyədə 90 kubmetr olub. Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Vüsalə Camal