Çağırışa gedən təcili yardım maşını qəzaya düşüb, xəsarət alanlar var
2020-03-13 18:05
Zaqatalanın Muxax kəndində kənd sakini, Qurban Mahmudovun idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə çağırış yerinə gedən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin “UAZ” markalı avtomobili toqquşub. Qəza nəticəsində “VAZ”-ın sürücüsü və təcili tibbi yardım avtomobilində olan tibb bacısı Şəlalə Məmmədova xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev