Çin Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyə münasibət bildirib
2020-09-28 13:04
Çin Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyə münasibət bildirib. Məlumata görə, Çin Azərbaycan və Ermənistanın fikir ayrılıqlarını dialoq vasitəsilə həll edəcəyinə və hazırkı vəziyyətdə sakitlik və təmkin göstərəcəyinə ümid edir. Regional sülhün və sabitliyin qorunması bütün tərəflərin maraqlarına cavab verir.
Fərid Mehdiyev