Çətənə əkən şəxslər saxlanılıb
2020-06-18 12:08
Şəmkirin Mehirli kənd sakinindən narkotik aşkarlanıb. 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə bitkisi və 5 ədəd çətənə kolu aşkar edilib. Onun üzərindən isə 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17.212 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb. Dəllər-Cəyir kənd sakini 38 yaşlı Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən də 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilən çətənə kolu aşkarlanıb.
Vəfa Şairova